"Almaniya Ukraynanın NATO-ya gələcək inteqrasiyasını dəstəkləyir və bu məqsədlə alyansın fondlarına əlavə 11,5 milyon avro ayıracaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“NATO standartları, hərbi planlaşdırma və islahatlar bu yolda mərkəzi nöqtələrdir. Almaniya bunun üçün blokun etimad fondlarına əlavə 11,5 milyon avro ayıracaq. Ukraynanın gələcəyi Avropa İttifaqı və NATO-dadır”, - deyə o əlavə edib.

 

Gözəl Həşimova