Türkiyə ABŞ-dən 23 milyard dollara "F-16" qırıcıları almaq üçün razılaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Ankara bu ilin fevralında Vaşinqtondan yeni qırıcıların alınması və köhnələrinin modernləşdirilməsi ilə bağlı sazişin həyata keçirilməsi üçün təklif layihəsi və təsdiq məktubları alıb. Türkiyə rəsmiləri yeni "F-16 Block-70/72" qırıcılarının alınması və mövcud təyyarələr üçün təkmilləşdirmə dəstlərinin alınması ilə bağlı Amerika tərəfinin məktubunu imzalayıb.

ABŞ Dövlət Departamenti bu faktı sazişin həyata keçirilməsi istiqamətində “ciddi addım” adlandırıb.

Qeyd edək ki, saziş yanvar ayında Amerika səlahiyyətliləri tərəfindən təsdiqlənib.

 

Gözəl Həşimova