“YAŞAT” Fondu tərəfindən şəhidimizin anası müalicə məqsədilə Türkiyəyə göndərilib.

Bu barədə İqtisadiyyat.az-a Fonddan məlumat verilib.

“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
 
Şəhidimiz Bağırlı Mirsədi Mircəfər oğlunun anası Səadət Bağırova müalicə məqsədilə Türkiyəyə göndərilib. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 182-i ağır yaralı, 9-u şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 191 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Onlardan 186-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.