Bu il Rusiya ilə İran arasında ticarət dövriyyəsi 14% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı Vladimir Putin İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberlə görüşündə deyib:

"Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişi iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Təşkilata üzv dövlətlər İranın Aİİ-də müşahidəçi dövlət statusu ilə bağlı müraciətinə baxır. Biz də öz tərəfimizdən bunu dəstəkləyəcəyik", - deyə o qeyd edib.

 

Gözəl Həşimova