Norveç Avropa İttifaqının (Aİ) Belarusa qarşı sanksiyalarına qoşulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədiyi üçün Norveç Belarusa qarşı sanksiyalar tətbiq edir. Sanksiyalar hərtərəflidir və Belarus iqtisadiyyatının bir sıra sektorlarına, o cümlədən ticarət, xidmət və nəqliyyat sahələrinə təsir göstərir", - bəyanatda deyilir.

Qeyd edilib ki, qərar dərhal qüvvəyə minir.

 

Gözəl Həşimova