"Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə planlarını açıqlayıb.

Rusiya prezidenti daha əvvəl Ukraynadakı vəziyyətin həlli üçün şərtlərini açıqlayıb, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Donbass və Novorossiyadan çıxarılmasını, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsini qeyd edib.

 

Gözəl Həşimova