ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini endirəcəyinə dair gözləntilər fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 3 sent ucuzlaşaraq 73,67 dollara enib.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 11 sent və ya 0,2% azalaraq 71,08 dollar olub.

 

Gözəl Həşimova