"Microsoft" şirkəti video oyunlarının hazırlanması ilə məşğul olan 650 işçisini ixtisara salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Microsoft"un oyun bölməsinin rəhbəri Fil Spenserin məktubuna istinadən məlumat yayıb.

İxtisarlar əsasən korporativ və köməkçi vəzifələrdə çalışan işçilərə təsir edəcək. Şirkət oyun yaratma studiyalarını bağlamayacağını və oyunların və digər məhsulların hazırlanmasını davam etdirəcəyini vəd edib.

650 ixtisar olunan işçilərin əksəriyyəti "Microsoft"un 68,7 milyard dollar qarşılığında aldığı "Activision Blizzard" şirkətindəndir. Şirkət cari ilin əvvəlində də 1900 işçini işdən azad etmişdi. 2024-cü ilin əvvəlindən etibarən oyun sənayesində ümumilikdə 11 mindən çox insan işini itirib.