Latviya höküməti Belarusda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəyə girişini qadağan edən qanunu qəbul edib.

İqtisadiyyat.az bu barədə "İnterfax"a istinadən xəbər verir.

Sənədə əsasən, Belarusda qeydiyyatlı olan nəqliyyat vasitələrinin oktyabrın 31-dək Latviyaya girişi qadağan edilir.

Məlumata görə, Belarusda qeydiyyata alınmış nəqliyyat vasitəsi, ölkədə olması planlaşdırılan müddətdən və nəqliyyat vasitəsi sahibinin vətəndaşlığından asılı olmayaraq, Latviyada sürücülük üçün qeydiyyata alınmalıdır.

 

Gözəl Həşimova