"Qarabağ ətrafında baş verən hadisələrdə günah yalnız Ermənistan rəhbərliyindədir".

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

Onun sözlərinə görə, digər dövlət başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda ərazilərin Azərbaycana verilməsini şəxsən rəsmi İrəvana təklif edib.

Belarus prezidenti əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırsa da, rəsmi İrəvan Qarabağdan əl çəkməmək qərarına gəlib.

Lukaşenko həmçinin bildirib ki, Belarus Ermənistana müxtəlif sahələrdə kömək edib və yaxşı münasibətlər qurmağa çalışıb, lakin İrəvan Qərbə üz tutmağa qərar verib.