Cənubi Koreya Polşaya döyüş qabiliyyəti olmayan FA-50 döyüş təlim təyyarələrinin satışını həyata keçirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

O, Polşa Müdafiə Nazirliyinin döyüş qabiliyyəti olmayan 12 təyyarə aldığını deyib: "Bunlar, yəqin ki, dünyanın ilk qeyri-döyüş təlim təyyarələridir”.