İmtahan həyəcanı heç kimə yad deyil. Bu mövzuda abituriyentlərlə yanaşı valideynlər də diqqətli olmalıdırlar. Onların təzyiqi bəzən acı sonluqla nəticələnir.

İqtisadiyyat.az xəbər verir ki, psixoloq Aygün Ağabalayeva bildirib ki, imtahan zamanı abituriyentlərin həyəcan keçirməsi normaldır. Bu kimi hallarda dərindən nəfəs alıb, təmkinli olmaq vacibdir.

Psixoloq onu da vurğulayıb ki, valideynlər imtahan günü övladlarının yanında olmalı, onları hər bir halda motivasiya etməlidirlər.

Daha ətraflı "ATV Xəbər"in süjetində: