Cəbrayıl rayonunun Horovlu, Şükürbəyli kəndlərinin və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi üçün sərf olunacaq vəsait açıqlanıb.
Bu barədə İqtisadiyyat.az "Azərişıq"dan məlumat əldə edib.
Qurum sözügedən işləri "Harmony İndustrial Construction and Engineering Group" MMC-yə həvalə edib.
Qeyd olunan yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə 10 milyon manatdan çox vəsait sərf olunacaq.