Günəşdə güclü partlayış qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (FGBU IPG) məlumat verilib.  

“Oktyabrın 2-də Moskva vaxtı ilə saat 01:20-də 3842 (S16E16) günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən X7.1 alışması aşkar edilib. 2019-cu ilin dekabrında başlayan cari tsikldə daha güclü partlayış yalnız bir dəfə - 2024-cü il mayın 14-də baş verib. (X8.7) 2017-ci ildən bəri belə bir şey baş verməyib", - məlumatda deyilir.