İyunun 10-da Rusiya təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində Loviisa şəhəri yaxınlığında ölkənin hava məkanını pozub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Biz iddia edilən ərazi pozuntusunu ciddi qəbul edirik və dərhal araşdırmaya başlanılıb", - müdafiə naziri Antti Hakkanen bildirib.

Finlandiya Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə Rusiya səfirliyi ilə əlaqə saxladığını və Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğu iddiası ilə bağlı izahat tələb etdiyini bildirib. 

Finlandiya tərəfinin məlumatına görə, hadisə 2024-cü il iyunun 10-da səhər saatlarında baş verib. İddialara görə, Rusiya təyyarəsi Finlandiya hava məkanında təxminən iki dəqiqə qalıb.