Qlobal iqlim dəyişikliyinə görə yağıntıların azalması, buxarlanmanın artması və yanlış siyasətlər dünyanın 2-ci ən böyük duz gölü olan İranın Urmiya gölünün qurumasına səbəb olub.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, göldəki duzun küləklə daşınmasının İranla yanaşı Türkiyəyə də təsir edəcəyi gözlənilir. İran hökuməti gölün əvvəlki vəziyyətinə qaytarılması üçün səylər göstərsə də, qurumanın qarşısını almaq mümkün olmayıb.

Bildirilib ki, təxminən 5200 kvadrat kilometrlik gölün quruması nəticəsində nəhəng duz yataqları yaranıb. Açıqlamaya əsasən, gölün quruması bölgədə şoranlaşmaya və duzun ətraf bölgələrə yayılmasına səbəb olacaq.

 

Gözəl Həşimova