Sumqayıt Dövlət Universitet (SDU) növbəti tədris ilində universitetə yüksək balla qəbul olacaq tələbələr üçün yeni imkanlar yaradır. 

Bu barədə İqtisadiyyat.az-a universitetdən məlumat verilib. 

Bildirilib ki, 2024/25-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 500 baldan yüksək göstəricilərlə SDU-ya qəbul olan tələbələr əlavə olaraq hər ay 200 AZN məbləğində xüsusi təqaüd imkanından yararlanacaqlar.

Xüsusi təqaüd digər təqaüdlərin verilməsi qaydalarına uyğun olaraq tələbələrin semestr üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə əsasən davamlı olaraq ödəniləcək.

Tələbələr SDU-nun təmirdən yeni çıxmış “Tələbə evi”ndə ödənişsiz qalmaq imkan əldə edəcəklər.

“Tələbə evi” ndə tələbələrin rahatçılığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, asudə vaxtın səmərəli keçirilməsi üçün bütün imkanlar yaradılmışdır.