"Bakı Sığorta"dan narazı qalan müştəri məhkəməyə üz tutub.

İqtisadiyyat az xəbər verir ki, vətəndaş Məmmədzadə Elvin Şahın oğlu sığorta şirkətinə qarşı iddia qaldırıb.

İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Müştəri sığorta şirkətinin öz öhdəliklərinə əməl etmədiyinı iddia edir.

İddia Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə araşdırılacaq

Xatırladaq ki, "Bakı Sığorta" 1994-cu ildə "Tural Sığorta" adı ilə yaradılıb. 2007-ci ildə rebrending edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51.29%), "Toyota Absheron Center" MMC (9,38%), "Subaru Azərbaycan" MMC (9,38%), Yeni Motor MMC (9,38%), Murad Rəhimov (6.97%), Behbud Nəcəfov (6,93%) va Ekolizing" MMC-dir (6,68%).