Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Küveyt Vəkillər Kollegiyası (KVK) arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, memorandumda Küveytdə yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan küveytlilərin hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunub.

ARVK-nın inzibati binasında keçirilən görüşdə qonaqları salamlayan Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə digər ölkələrin vəkillər kollegiyaları ilə memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu dilə gətirib.

Eyni zamanda sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin artıq respublika üzrə fəaliyyətə başladığını, bu sistemin vəkillər və ictimaiyyət tərəfindən maraqla qarşılandığını, habelə getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini qeyd edib.

Həmçinin Anar Bağırov son illər dövlət başçısı tərəfindən müasir çağırışlara uyğun həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılması barədə qonaqları məlumatlandırıb, o cümlədən hakimlərin sosial müdafiəsindən, məhkəmələrin təminatının yaxşılaşdırılmasından, innovativ və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsindən danışıb.

Mərasimdə ARVK-nın Baş katibi Bayram Orucov təqdimatla çıxış edərək son dövrlər Kollegiyada görülən işlərin, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının hesabatlılığını təqdim edib, ARVK-nın beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən bir sıra layihələrdən söz açıb və əldə olunan beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirib.

Qəbul üçün təşəkkürünü bildirən KVK-nın vitse-prezidenti Adnan M.Hassan ARVK ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib, habelə iki ölkə arasında qarşılıqlı əlaqələrdən söz açıb. O, səfərin məqsədi və görüşün əhəmiyyəti barədə ətraflı məlumat verib, ARVK ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını söyləyib.  

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.

Yekunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Mərasimdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. VB müdiri Kamandar Nəsibov nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, ARVK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. VB-də yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.

 

1_2db67eef7c6ac80c6a04d5bd6cd8afae.jpg

 

2_2d73930d6e46b4d46139376d7bba3fd5.jpg

 

3_68ec58442d015d96ef7a97669740e403.jpg

 

4_7ee631ceefaae2d3c14f9134f1b8b90c.jpg

 

6_46f115ebe338da89e8f830022b05e694.jpg

 

7_3e9263307bce27b856c3ca070546ff99.jpg

 

8_df0bca7f5abffeb29cfdc04902db2777.jpg

 

9_38f43bcd1c75fd6f5eb3551ee9befc54.jpg

 

10_d6db032a310e099bdfd0c1a201f521b7.jpg

 

11_0fcab46b480c952454a97daeb8a60cb4.jpg

 

12_9b7cd1cd631cf6a352f532292d0b4f60.jpg

 

13_52db4a44a2f9d10b63d147ac52ca9ef3.jpg

 

14_ebcf13b56300d6a9b104aef0086e3e14.jpg

 

15_c1e2c94122350b365dc992c8d667f743.jpg

 

16_c19b2f2086773d9356e5bc8abe21f971.jpg

 

17_4fe82998e2a496ffff183c61d6348d95.jpg

 

18_6c08561ad75af79325e7565ddd7b74e8.jpg

 

19_b6c6ef69a1e54c504937d7963d489276.jpg

 

20_a84360c65898c22848af5ba4a786285d.jpg

 

img_7717.jpg

 

img_7727.jpg

 

img_7746.jpg

 

img_7749.jpg

 

img_7750.jpg

 

img_7764.jpg

 

img_7768.jpg

 

img_7783.jpg

 

img_7794.jpg

 

img_7817.jpg

 

img_7822.jpg