Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və onu müşaiyət edən heyətlə görüş keçirərək su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib.

İqtisadiyyat.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə sudan səmərəli istifadə istiqamətində maarifləndirmə, iki ölkə arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər də müzakirə olunub.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə edilib.