“Zaporojjya AES-də nüvə qəzası riski var. Rusiya bu barədə dünya ictimaiyyətini məlumatlandırıb.”

Bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev açıqlama verib.

"Aydındır ki, Kiyev kiçik nüvə hadisəsini məqbul hesab edir. Lakin, ZNPP-nin təhlükəsizliyinin hər hansı şəkildə pozulmasının qarşısı alınmalıdır.”

Lixaçev vurğulayıb ki, stansiya ətrafında təhlükəsizlik zonasının yaradılması Vaşinqton, eləcə də MAQATE rəhbəri Rafael Qrossi və Ukrayna hakimiyyəti arasında aparılan danışıqlardan asılıdır.