Türkiyənin Nevşəhər vilayətinin Dərinquyu rayonunda yaşayan 50 yaşlı Selcan Ekim adlı qadın bir gecə yuxusunda xəzinə görüb. Xəzinənin yerini öyrənmək üçün yaxınlarının tövsiyəsilə falçıya gedib və 800 lirə(təxminən 235 manat) ödəyərək xəzinənin öz həyətində olduğunu öyrənib.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, vəziyyəti qohumu Köksal Ekimə bildirən qadın, həyətində qazıntı işləri həyata keçirmək üçün Nevşəhər Muzey İdarəsinə baş vurub.

Muzey İdarəsindən gələn səlahiyyətlilər və polisin nəzarəti ilə dünən səhər gətirdiyi qazma vasitələrinin köməyilə baxçasını qazdıran Selcan Ekim, qazıntını həyəcanla gözləyib. Qazıntı zamanı kameralara düşməmək üçün evindən çıxmayan Selcan Ekimin qohumu Köksal Ekim, “Burada məzar olduğunu öyrəndik. Lazımlı işlər üçün Muzey İdarəsinə baş vurduq və indi də qazıntı gedir. Allah nəsib edərsə qısa müddətdə nə olacağı bəlli olacaq. Burada falçılıq iş var dedilər, biz də getdik indi də nəticə gözləyirik. Xəzinə olmasa da havamızı dəyişib gedəcəyik. Muzey İdarəsi xəzinə çxıacağı zaman bir hissəsini özlərinə götürəcəyi, bir hissəsini də bizə verəcəyini bildirib”.

Təxminən 2 saat davam edən qazıntı zamanı heç bir xoş nəticə əldə olunmayıb. Yaşadıqlarını xəyal qırıqlığını “zəhmətimiz hədər getdi” deyə dilə gətirən Ekim, “Vallah nə deyim. Gördüyünüz kimi, zəhmətimiz boş yerə getdi. Yenidən bağlayırıq”.

Onu da qeyd edək ki, qazıntı zamanı evin həyətinə gələn və xəzinənin yerini dediyi üçün 800 lirə (235 manat) aldığı iddia edilən falçının qazıntı işləri əsnasında gözdən itdiyi deyilib.

Mehman Nəbiyev