Dövlət Yol Polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Bu barədə İqtisadiyyat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib:

"Bütün əməkdaşlar gücləndirilmiş formada işləyirlər. Yolda qalan avtomobillərə köməklik göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur".

Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə yanaşı aidiyyatı qurumlar tərəfindən yollar qardan təmizlənir və qumlanma işləri həyata keçirilir. Bütün bölgələrdə bu işə çoxsaylı texnika və şəxsi heyət cəlb edilib. Yolların açılması istiqamətində işlər fasiləsiz davam etdirilir.