"FNC" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişib.

"FNC" təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib. 

300 min manat nizamnamə kapitalı olan, hüquqi ünvanı Sumqayıt şəhərində yerləşən "FNC" BOKT 05.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilatın qanuni təmsilçisi Ramiz Dadaşovdur.  Kredit təşkilatı hələ ki, Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.