Xəbər vediyimiz kimi, bu gün Prezident İlham Əliyev Həsən Həsənlini elm və təhsil nazirinin müavini təyin edib.

Məlumata görə, o, ləğv edilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi işləmiş Həbib Həsənovun oğludur.

Yeni nazir müavinin babası da tanınmış şəxs olub. Belə ki, Həsən Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Namiq Həsənovun nəvəsidir. Namiq Həsənov 1994-1995-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri olub. O, 2020-ci ildə dünyasını dəyişib.

 

Yeni təyin edilən nazir müavini bu məşhur şəxsin NƏVƏSİDİR - FOTO

***

Elm və təhsil nazirinə yeni müavin təyin edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin olunub.