"Barelona"nın baş məşqçisi Xavi komandasını Avropa Liqasının favoriti hesab etmir.

İqtisadiyyat.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə 42 yaşlı mütəxəssis bu gün turnirin pley-offunda "Mançester Yunayted"ə qarşı keçirəcəkləri ilk matçdan öncə açıqlamasında bildirib. Xavi deyib: 

“Avropa Liqası mənə çox çətin turnir kimi görünür. “Barselona”nın favorit olduğunu düşünmürəm. Sürprizlər olmasa, o zaman "Old Trafford"da çox şey həll olunacaq . Hər iki matçın bərabər səviyyədə keçəcəyini gözləyirəm. Təəssüf ki, cavab oyununu səfərdə keçirəcəyik".

Qeyd edək ki, bu gün "Kamp Nou"da oynanılacaq "Barselona" - "Mançester Yunayted" görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 23-də İngiltərədə olacaq.