Bu gün dünyasını dəyişən Xalq artisti Ramiz Məlikin dəfn olunacağı yer müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, onunla vida mərasimi yaxınlarının istəyi ilə, bugün saat 13.00-da Heydər Məscidində baş tutacaq.

Xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bu gün ömrünün 80-ci payızında vəfat edib.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.