Avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan İqtisadiyyat.az-a verilən məlumata görə, araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.