Dünyanın dörd bir yanından liderlər, siyasi xadimlər, dünya turizminə istiqamət verən şirkətlərin investorları və rəhbərləri, qeyri-hökumət təşkilatları, akademiklər ilə önəmli turizm yazarları bir araya gələcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, 3 gün davam edən sammitdə Fransanın sabiq prezidenti Fransua Holland, Almaniyanın vitse-kansleri Sigmar Gabriel kimi bir çox ölkədən gələn əsas beynəlxalq natiqlər iştirak edəcək.
Anqola prezidenti Joao Lourençonun təşkilatçılığı ilə paytaxt Luandada ərsəyə gələn sammit, yeniliklər ilə turizmdə dünyanın ulduzu parıldayan bölgələrindən Afrika bazarına nəzarət edəcək. Afrika turizmi, digital turizm, hökumətlərin səyahət turizmindəki rolu, “Niyə Anqolaya investisiya qoymalı?”, “Səyyahların səyahət turizmində rolu”, “Mükafatların uğur hekayələri” kimi mövzular müzakirə ediləcək.

Zirvə toplantısı Afrika bölgəsində potensial turizm imkanlarını ictimaiyyətlə bölüşmək və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə aktiv investisiya mühiti yaratmaq məqsədi daşıyır.