SARS-CoV-2 virusunun yayılmasında qlobal sürətlənmə COVİD-19-dan ölümlərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq.

“Reuters” xəbər verir ki, hadisələrin belə bir inkişafı ÜST-ün baş tədqiqatçısı Sumya Svaminatan tərəfindən proqnozlaşdırılıb.

O, ölümdəki artımın yoluxma artımından həmişə geridə qaldığını xatırladıb.

“Hələ də gündə təxminən beş min adam itiririk... Yəni ölümlərin azalmasına sevinməməliyik”, - deyə Svaminatan vurğulayıb.