“Ağdam və Füzuli şəhərləri ilə bağlı müəyyən şəhərsalma konsepsiyaları hazırlanır”. 

Bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov danışıb. 

O bildirib ki, bu prosesdə Dövlət Turizm Agentliyi də həmin bölgələrin turizm potensialının qiymətləndirilməsi və turizm potensialına aid olan müəyyən elementlərin konsepsiyalarda əks olunması ilə bağlı öz töhfəsini verib:

“Hələ ki, burada şəhərlər səviyyəsində olan konsepsiyalardan söhbət gedir. Xocavəndlə bağlı layihələr isə gözlənilir”.