Beynəlxalq media təqib mərkəzi Press Agentliyi xarici turistlərin ən çox pul xərclədiyi ölkələri araşdırıb. İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, agentliyin açıqlamasına görə, turistlərin ən çox pul xərclədiyi ölkələrin siyahısında ilk yeri 210.7 milyard dollarla ABŞ tutur. Digər yerlərdə İspaniya, Fransa, Tailand, İtaliya və Böyük Britaniya qərarlaşıb. Qardaş Türkiyə 22.5 milyon dollarlıq göstərici ilə siyahıda 14-cü yerdədir. PRNet və Press Agentliyi mediada turzimlə bağlı yayımlanan yazıların sayını da açıqlayıb. Belə ki, 2017-ci ildən bu yana mediada 379 min 67 turizm başlıqlı yazı dərc olunub. Xarici turistlərlə bağlı isə 10 min 283 xəbər yayımlanıb. Son zamanlarda turistik ziyarətlərin artmasının rəqəmlərə təsir etdiyi də qeyd olunur.