Aparılan analiz nəticəsində ABŞ Prezidenti Donald Trampda koronavirus aşkar edilməyib.

RİA “Novosti” bildirir ki, bu barədə Trampı müalicə edən həkim Şon Konlinin memorandumunda yazılıb.

“Dünən axşam mən Prezidentlə COVID-19 testini verməklə bağlı ətraflı danışdım və o razılıq verdi. Bu axşam testin mənfi nəticə verdiyi təsdiqləndi”, - deyə Ağ Evin Konlinin adından yaydığı bəyanatda bildirilir.