ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitəsi keçmiş prezident Donald Trampın 6 illik vergi hesabatlarını ictimaiyyətlə bölüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Konqresdəki Demokratların rəhbərlik etdiyi komitənin açıqladığı minlərlə səhifəlik sənədlərə Trampın 2015-2020-ci illər üçün təqdim etdiyi vergi bəyannamələri daxildir.

Sənədlərə görə, Tramp prezidentliyinin ilk və son illərində kommersiya baxımından “böyük itkilər” olduğunu əsas gətirərək çox az vergi ödəyib.