Təhsil Tələbə Krediti Fondunun (TTKF) ötən il üzrə maliyyə hesabatlarının auditi aparılacaq. 

Bu barədə İqtisadiyyat.az Fonddan məlumat əldə edib.

2023-cü il üzrə Fondun maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditi, maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğu yoxlanılacaq.

Yoxlamalar müstəqil audit şirkəti tərəfindən aparılacaq və yekunda rəy veriləcək.