STAR" NEZ 2020-ci ilin yanvar-aprel aylarında 3 milyon 400 min 3,301 ton neft alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) materiallarında deyilir.

Yanvar-aprel aylarında “STAR” NEZ-də 3 milyon 443 min 837,98 ton neft məhsulu, o cümlədən 1 milyon 902 min 761,149 ton dizel, 13 min 485,119 ton yüksək kükürdlü mazut, 272 min 64,417 ton reaktiv yanacaq, 9 min 885,774 ton ara neft məhsulları, 397 min 937,11 ton digər neft məhsulları, 77 min 814,268 ton maye qaz, 408 min 513,639 ton nafta, 234 min 558,296 ton neft koksu, 124 min 760,641 ton neft emalı qazları, 2 min 57,567 ton yüksək kükürdlü dizel istehsal edilib.

2020-ci ilin yanvar-aprel aylarında zavod 680 min 765,09 ton neft məhsulu, həmçinin 650 min 796,552 ton dizel və 29 min 968,538 ton reaktiv yanacaq ixrac edib.

EPDK bu dövr ərzində neft məhsullarının daxili satış həcminə dair məlumatları açıqlamır.

19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.

Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.

“STAR” NEZ-in tikintisi layihəsinə ümumilikdə $6,3 milyard sərmayə qoyulub. SOCAR NEZ-in fəaliyyətindən illik $500 milyon gəlir əldə edəcək