Bu gün Bakı şəhəri Sabunçu rayonunda 3 yaşlı qız uşağının yoxa çıxması ilə bağlı məlumatlar yayılıb.

Qəsəbədə ailəsi ilə yaşayan və küçədə oynayan Zəhra adlı qızcığazın dünən səhər saatlarında itkin düşdüyü bildirilir.

Nəzarət kameralarına düşən görüntüdən bəlli olub ki, naməlum şəxs uşağın əlindən tutaraq onu harasa aparır.

Uşağın axtarışları hələlik nəticə verməyib.(publika.az)