Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” şirkəti arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib.

Bu barədə İqtisadiyyat.az İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov arasında görüş keçirilib.

Tərəflər ölkələrimiz arasında energetika sahəsi üzrə geniş əlaqələri vurğulayıb, tərəfdaşlığın inkişaf potensialı barədə fikir mübadiləsi aparıblar.