Bu ilin yanvar-may ayları Azərbaycan Rusiyadan 53 min ton həcmində neft-kimya məhsulları idxal edib.

Bu barədə Azərbaycan Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, bu müddətdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiyaya 33 min ton həcmində neft-kimya məhsulları ixrac olunub.report