“İnvestisiya təqvimimizdə geriləmə olacaq. Bildiyiniz kimi, neft qiymətlərinin 20 dollar səviyyəsinə qədər düşməsi hər kəs kimi bizə də təsir göstərdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə müsahibəsində SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

“20-30 dollar aralığındakı qiymətlərin bizim və tərəfdaşlarımızın da investisiya planlarına böyük təsiri oldu. İkinci neft-kimya müəssisəmizin son investisiya qərarını 2020-ci ilin sonunda verməyi planlaşdırırdıq, ancaq neft qiymətlərinin aşağı düşməsi ilə birlikdə, sözügedən qərarı 2021-ci ilin sonuncu rübünə qədər təxirə saldıq”, - deyə Z.Qəhrəmanov bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin İzmir şəhərində BP şirkəti ilə birgə yeni neft-kimya kompleksinin (Merkuri layihəsi) yaradılmasını planlaşdırır.