Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus tankerlə Belarusa gətirilən neftin bu günlərdə Mozır şəhərindəki neft emalı zavoduna çatdırılması gözlənilir. 

Bununla bağlı “RİA Novosti” agentliyinə Belarusun “Belneftexim” dövlət şirkətinin mətbuat katibi Aleksandr Tişenko məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycandan gələn ikinci neft tankeri Ukraynanın Odessa limanına çatıb.

Qeyd edək ki, martın 6-da SOCAR Türkiyənin Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk tankerini göndərmişdi. 

Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun “Mozır” neft emalı zavoduna nəql olunacaq.