Səudiyyə Ərəbistanında maliyyə bazarlarında 43 dəfə fırıldaq etdiyi aşkarlanan şəxs 2 milyon rial (təxminən 575 min dollar) cərimələnib.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA -ya istinadən İqtisadiyyat.az xəbər verir.

Maliyyə bazarlarında fırıldaqçılıqda şübhəli bilinərək istintaqa cəlb edilən vətəndaşın səhm qiymətlərinə təsir etmək üçün alqı-satqı sifarişi verdiyi və alqı-satqı sifarişi ilə əməliyyatlar apardığı müəyyən edilib.

Səudiyyə Ərəbistanı məhkəmə sistemi də cinayətkarın maliyyə bazarlarında qeyri-qanuni əməliyyatlardan əldə etdiyi 55 milyon riyalı (təxminən 15 milyon dollar) geri qaytarmağı əmr edib.