Səudiyyə Ərəbistanı, OPEK-in neft  hasilatı ilə bağlı məhtudiyyətlərin müddətini uzatmaq qərarından sonra bəzi Asiya alıcılarına tədarükü 40 faizədək azaldıb

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, OPEC + hasilatın azaldılması ilə bağlı razılaşmanı iyul ayına qədər uzatmağa razılıq verdikdən sonra gələn ay Asiyadakı yeddi emal zavoduna verəcəyi xam neftin miqdarını azaltdıb.

Zavod rəsmilərinin verdiyi məlumata görə, iyul ayında yeddi alıcı tərəfindən alınacaq neftin həcmi 10 faiz azalaraq 40 faizə enmişdir. 

OPEC + bazarın bərpasını dəstəkləmək üçün məhtudiyyətləri  daha bir ay uzatmağa razılıq verib. Çin, karantin tədbirlərini azaltdıqdan sonra Asiyada neft tələbatının bərpa olunmasında ilk addımı atdı. Ancaq bölgədəki bərpa prosesinin hər yerdə eyni templə olmaması gözlənilir.