Holcim (Azərbaycan) ASC-nin Müşahidə Şurası tərəfindən Səhmdarların İllik Ümumi Yığıncağı çağırılıb.

Fins.az Şirkətin elanına istinadən xəbər verir ki, Holcim (Azərbaycan) ASC Səhmdarlarının İllik Ümumi Yığıncağı 2020-ci il İyun ayının 3-də Bakı, İzmir küçəsi 1033 ünvanında yerləşən Hyatt Regency Otelin Görüş və Konfrans Mərkəzində yerləşən Quba Zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı Zalın foyesində saat 08:45-09:45-dək aparılacaqdır.

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 03 İyun 2020-ci il tarixində keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi: 

2. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair  illik hesabatının təsdiqlənməsi

3. 2019 maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi

4. Müşahidə Şurasına üzvün təyin edilməsi 

5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi

6. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi

7. Holcim (Azərbaycan) ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi

8. Holcim (Azərbaycan) ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi

9. Holcim (Azərbaycan) ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LHIF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.

Qeyd edək ki, uzun müddətdir Holcim (Azərbaycan) ASC-nin fiziki şəxs səhmdarları dividend tələb edirlər.