Prezident İlham Əliyev aprelin 10-da “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən  Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 25 milyon manat ayrılıb.