İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-da qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, indiyə qədər ümumilikdə 7100-ə qədər yerli müşahidəçi MSK-da qeydə alınıb.