Sabah məktəbəhazırlıq qruplarında tədris prosesi başa çatacaq.

Bu barədə İqtisadiyyat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 1 oktyabrdan başlayan dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi mayın 31-də başa çatır.