2022-ci ilin sonuna qədər Rusiyada qiymət artımı təxminən 12 faiz təşkil edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə naziri Anton Siluanov bildirib:

“Biz inflyasiyanın öhdəsindən gəldik və bu il inflyasiya təxminən 12 faiz olacaq. Baxmayaraq ki, ilkin gözləntilər daha çox idi”.

Qeyd edək ki, oxşar inflyasiya səviyyəsini Rusiya prezidenti Vladimir Putin də təxmin etmişdi. Onun fikrincə, vəziyyət bir çox başqa ölkələrlə, o cümlədən G20 ölkələri ilə müqayisədə xeyli yaxşıdır.