Rusiya Mərkəzi Bankı daxili bazarda gündəlik xarici valyuta satışını müvəqqəti olaraq 2,3 milyard rubldan 21,4 milyard rubla (təxminən 220 milyon dollar) çatdıracaq. Beləliklə, bank valyuta satışlarını 10 dəfə artıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, Rusiya avrobond emissiyasının xarici valyutada ödənilməsi ilə əlaqədar belə bir qərar qəbul edilib. Ekspertlər qeyd edirlər ki, sözügedən qərar son vaxtlar xarici valyutalar qarşısında dəyərini itirən rublun sabitliyini təmin edə bilər.

 

Gözəl Həşimova