Rumıniyada qeyri-adi hadisə baş verib. Belə ki, ölkənin bəzi bölgələrində dolu ilə birlikdə göydən daşa bənzər cisim yağıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Rumıniyada səhər saatlarında başlayan dolu ilə birlikdə daşa bənzəyən cisim də yağıb.
İnsanların qorxudan çölə çıxa bilmədiyi deyilən hadisədə bir çox avtomobilə də ciddi ziyan dəyib.